Bu gün axşam saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı Meydanında bayraq hava sabitləşənədək endiriləcək.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu addım Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən atılacaq.