Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar verib.
Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda "Diplomatik Akademiyası" sözləri "ADA" Universiteti" sözləri ilə əvəz edilib.