https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

Azərbaycan Avropa Konvensiyasını imzaladı

Azərbaycan Avropa Konvensiyasını imzaladı
İsveçrənin Makolin şəhərində öz işinə başlamış Avropa Şurasının idmana məsul nazirlərinin 13-cü konfransı yekunlaşıb.

Trend-in Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanı bu konfransda nazir Azad Rəhimov təmsil edib.

Qeyd edək ki, konfransın açılış günündə İsveçrənin müdafiə, mülkü müdafiə və idman naziri Ueli Maurer sədr, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə sədr müavini seçilib.

Konfrans ölkəmizin 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutub. Bu səbəblə tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Azad Rəhimov çıxış edib.

Çıxışı zamanı nazir Azad Rəhimov Azərbaycanın daim bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini və 2015-ci ildə ilk dəfə olaraq Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyini qeyd edib.
 
Nazir hər bir idman yarışında tamaşaçı zorakılığının, idmanda korrupsiya hallarının qarşısının alınmasının çox önəmli olduğunu qeyd edib və Azərbaycanın daim bu sahədə Avropa Şurası ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Konfrans zamanı “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələr qəbul edilib.

Tədbir zamanı “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya”sı imzalanmağa açıq elan
edilib. Azərbaycan konfransda iştirak edən ölkələr arasında konvensiyaya imza atan ilk ölkə olub.

İmzalanma mərasimində Avropa Şurasının baş katibi Torbörn Yaqland da iştirak edib.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.