Avstraliyanın Pert şəhərində "iPhone 6"-nın ilk alıcısı mağazadan uzaqlaşmamış telefonu əlindən salaraq sındırıb.
Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər yayıb.
Cek adlı alıcı mağazanın qapısından çıxarkən yeni qutunu açıb telefonu mətbuata göstərmək istəyib. Amma cəmi bir saniyədən sonra Avstraliyada ilk satılan "iPhone 6" ilk “sınan” "iPhone 6"-ya çevrilib.
Yeni telefonun asfalta düşməsini lentə almağa macal tapan yerli müxbirin sözlərinə görə, həyəcandan alıcının ovuclarının içi tərlədiyinə görə iPhone onun əlindən sürüşüb düşüb.
Amerikanın Apple korporasiyası sentyabrın 9-da ekranlarının diaqonalı müvafiq olaraq 4,7 və 5,5 düyüm olan "iPhone 6" və "iPhone 6 Plus" modellərini təqdim edib.