Sabah günorta saatlarında Bakıda havanın temperaturu 27 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənən mülayim şimal küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 24-27 dərəcə isti olacaq. Azərbaycanın bölgələrində sentyabrın 20-də qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, ayrı-ayrı dağlıq ərazilərdə güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 5-19, gündüz 13-18 dərəcə isti təşkil edəcək.