Bolqarıstan prezidenti Rosen Plevneliyevin Azərbaycana səfəri başlayıb.
Bu barədə APA-ya səfirlikdən məlumat verilib.
Səfər çərçivəsində qonaq dövlət başçısı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.
Sentyabrın 20-də isə R. Plevneliyev Albaniya, Böyük Britaniya, Gürcüstan, Yunanıstan, İtaliya, ABŞ, Türkiyə və Monteneqro təmsilçiləri ilə birlikdə Cənub Qaz Dəhlizinin tikintisi və “Əsrin müqaviləsi”nin 20 iliyinə həsr olunmuş mərasimə qatılacaq.