Moskvadakı nəhəng ticarət mərkəzlərindən birində bomba həyəcanı yaşanıb.
Lent.az-ın vesti.ru-a istinadən məlumatına görə, saat 11:45 radələrində paytaxtın “Qum” ticarət mərkəzinə bomba qoyulması barəsində polisə zəng gəlib. Dərhal mərkəzdə olan 500 nəfər binadan təxliyə olunub.
Hazırda hadisə yerində hüquq mühafizə orqanları əməliyyat keçirir.