Şəki rayon sakinin üzərindən və yaşadığı evdən narkotik vasitə götürülüb.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər-rayon Polis Şöbəsindən məlumat verilib. Polis şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər. Keçirilmiş tədbir nəticəsində rayonun Aşağı Göynük kənd sakini, 1963-cü il təvəllüdlü Əhmədov Yaqub Qurban oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 7,3 qram, yaşadığı evdə aparılan əməliyyat tədbiri nəticəsində isə 2 kibrit qutusunda 8,82 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.