../img/pics/medium/138614_vfyurvzh9l.jpg Bu şənbə "525-ci qəzet"də - ANONS
../img/pics/medium/138607_mqia5chdkh.jpg Birgə müsabiqənin qalibləri mükafatlandırılıb - Fotolar
../img/pics/medium/138605_yetc36u6hw.jpg Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğunun siyasi fəlsəfəsi
../img/pics/medium/138587_wg3zzo3tvd.jpg Sosial Tədqiqatlar Mərkəzi: "İşimizi vətəndaşların rəyi əsasında qururuq"
SON XƏBƏRLƏR
16 İyul 2019
15 İyul 2019

Branimir Subaşiç: “ Qoy, uduzaq, amma layiqli oynayaq”

Branimir Subaşiç: “ Qoy, uduzaq, amma layiqli oynayaq”

Azərbaycan millisinin hücumçusu Branimir Subaşiç DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 11-də Portuqaliyaya qarşı keçirəcəyimiz oyunla bağlı Qol.Az-a müsahibə verib.

- Öncə İsraillə oyuna bir daha qayıtsaq pis olmaz...

- İsrailə qarşı çox emosional oynadıq və oyunumuz heç də pis alınmadı. Deməzim ki, super oynadıq. Çünki bundan da yaxşı oynaya bilərik. Hələ ki, uşaqların gücü buna çatır və bunu da ortaya qoyurlar. Əsas odur ki, 90 dəqiqə sona qədər mübarizə apardıq. Buna görə, uşaqlara “afərin” deyərdim. Uda da bilərdik, uduza da. Reallıqla baxsaq, İsrail reytinq sıralamasında bizdən üstündür. Bu mənada heç-heçəni pis nəticə saymazdım. Ancaq öz meydançamızda oynadığımız oyunları daha yaxşı oynamalıyıq.

- Artıq bizi Portuqaliya ilə ağır oyun gözləyir. Bu oyun haqda nə deyə bilərsən?

- Portuqaliya artıq tamam fərqli rəqibdi. Onlarla oyunlarımız heç vaxt asan olmayıb və bu dəfə də belə olacaq. Ancaq bizim özümüzdən də çox şey aslıdır. İlk növbədə öz oyunumuzu oynamalıyıq. Qoy, uduzaq, amma layiqli oynayaq. O zaman heç kim bizi ittiham etməyəcək.

- İsraillə oyunda əvəzlənən Rauf Əliyevin buna aqressiv reaksiya verməsini və ehtiyat oyunçular skamyasındakı reklam tavanını sındırmasını necə qiymətləndirərdin?

- Rauf haqda heç nə demək istəməzdim. O, həm yaxşı oğlandı, həm də yaxşı futbolçu. Ola bilsin həmin anda emisional olub. Heç kim erkən əvəzlənməni qəbul etmir. Rauf da görünür meydançada daha çox qalmağı və özünü sübut etməyi istəyirdi. Ancaq baş məşqçi onu dəyişdi. Heç kimi müzakirə etmək lazım deyil. Rauf gəncdir və hər şey irəlidədir.

- Portuqaliya millisinin əsas müdafiəçilərindən olan Pepe Lüksemburqla oyunda ciddi zədə alıb və böyük ehtimalla bizimlə oyunu buraxacaq. Bir hücumçu olaraq rəqibin əsas müdafiəçisinin yoxluğunu sənin üçün yaxşı xəbər saymaq olar?

- Pepe haqqında nə isə deməyə ehtiyac yoxdur. Bu futbolçu “Real”da oynayır və bunun özü artıq hər şeyi deyir. O ki, qaldı suala, Portuqaliya millisində kifayət qədər futbolçu var ki, Pepeni layiqincə əvəz edəcək gücə malikdilər. Bu mənada onun yoxluğu o qədər də hiss olunmayacaq.


 
Bölmənin digər xəbərləri
XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək
İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək....
16.07.19
Nazim Süleymanov: Nazim Süleymanov: "Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz"
"Azərbaycan çempionatında 8 klub oynayır. Bunların da 6-sı AFFA tərəfindən maliyyələşir. Hanı "Kəpəz", "Şəmkir", "Xəzər Lənkəran", "Karvan", "Şahdağ",...
10.07.19
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edəcək....
10.07.19
Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb
Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi ilə ailəsinə məxsus olan restoran yeni aksiyaya başlayıb. ...
09.07.19
“Zirə”nin prezidenti istefa verdi “Zirə”nin prezidenti istefa verdi
"Zirə" Peşəkar Futbol Klubunun prezidenti Natiq İsmayılov vəzifəsindən istefa verib. ...
09.07.19
“Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu “Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu
İtaliyanın Neapol şəhərində Tələbələrin XXX Yay Universiadası çərçivəsində keçirilən cüdo yarışlarına yekun vurulub....
08.07.19
AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib
AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib...
06.07.19
“Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir –  siyahı “Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir – siyahı
“Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib. ...
05.07.19
UEFA prezidenti: “Azərbaycanda futbolu sevirlər” UEFA prezidenti: “Azərbaycanda futbolu sevirlər”
“Azərbaycanda futbolu sevirlər. Həmçinin onların hər gün superulduz görmək imkanı da yoxdur”. ...
04.07.19
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib
“II Avropa Oyunlarında təşkilatçılıq yüksək səviyyədə idi. Avropa Olimpiya Komitələri (EOC) və “Minsk 2019”un Koordinasiya Komissiyası işinin öhdəsindən gəldi. Buna görə şadıq”. ...
02.07.19
Rafael Ağayev: Gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm Rafael Ağayev: Gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm
Avropa Oyunlarına gedəcəyim sual altında idi. Buna baxmayaraq, bir neçə günlük məşqlərdən sonra komandanın həkimlərinin razılığını aldım. Qrupdakı rəqiblərim gənc və güclü idilər. Lakin qrupdan...
02.07.19
Azərbaycan yığmasının Minskdən qayıdacağı vaxt dəqiqləşib Azərbaycan yığmasının Minskdən qayıdacağı vaxt dəqiqləşib
İyunun 21-30-da Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin Bakıya qayıdacağı vaxt dəqiqləşib. ...
01.07.19
“Judo Club 2012”: nailiyyətlər artır “Judo Club 2012”: nailiyyətlər artır
Son illərdə respublikamızın idman həyatındakı fəallığı ilə diqqəti cəlb edən “Judo Club 2012” öz uğurlarını davamlı olaraq artırır. Klubun təmsilçiləri istər yerli, istərsə də beynəlxalq...
01.07.19
Rafael Ağayev: Rafael Ağayev: "Həkim Avropa Oyunlarında çıxışıma icazə vermirdi"
“Digəri ilə müqayisədə, yer aldığım qrup güclü idi. Türkiyəli Erman Eltemuru və Macarıstanlı Qabor Harspatakiilə ardıcıl iki il finalda olmuşuq. Digər rəqibim - britaniyalı Co Kellaveyi yeni idmançıdır....
01.07.19
Rusiyalı gimnast II Avropa Oyunlarının rekordçusu olub Rusiyalı gimnast II Avropa Oyunlarının rekordçusu olub
II Avropa Oyunlarında ən çox medal qazanan idmançıların siyahısı açıqlanıb. ...
01.07.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.