Bu ilin sentyabr ayının 29-da Həştərxanda keçiriləcək Xəzəryanı ölkələrin başçılarının sammitində Azərbaycanla Rusiya investisiyaların qarşılıqlı qorunması və təşviqi barədə Saziş imzalana bilər.
“APA-Economics”in Rusiyanın “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev Nazirlər Kabinetinin iclasında bildirib.
“Sözügedən sənəd imzalanmaq üçün hazırdır”, - deyə o bildirib.