|
|
|
|
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda "Hərbi xidmətkeçmənin idarəolunması və peşəkar hazırlıq" mövzusunda seminar baş tutacaq.
Oktyabrın 10-dək isə Budapeşt şəhərində (Macarıstan) "NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi" kursu və Buxarest şəhərində (Rumıniya) Sülhü dəstəkləmə əməliyyatları kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcək.