|
|
|
|
Əridi dağ daha, daş daha yandı.
Heç kəs qazanmadı bu vurhavurdan;
Cırtdanla bərabər əjdaha yandı.
Təpədən-dırnağa ətir anbarı:
Ən comərd gülabdan gördüm Şahdağı.
Söz dəyirmanı
Möhtərəm Rəşad Məcid!
Qəzetin—dəyirman, şairlər dənçi.
Məmləkət başabaş şairlə dolu:
Axışır üstünə qocası, gənci.
Onda üzə çıxır çox şeyin əsli.
Qəzetin qoruyur ədəbi nəsli;
“
Uğuru bol olsun sənət dünyanın!
Saattək işləsin söz dəyirmanın;
Sağlığın səhhətli, qəzetin öncü!
Söz sözlə çaxnaşar, qulaq batardı.
Sözün “şahı” vardı, ‘‘top’’çusu vardı:
Hələ yaddaşlarda sözün şətrənci...
Sənət cılızlaşdı, dəyər qalmadı,
Öyüdlər qalmadı, öyər qalmadı;
Bağı dolu döydü, bəhər qalmadı,
Nə üzdə dalğıc var, nə dibdə inci.
Geri qayıtmadı cümlə hünərvər...
Buğdası, arpası olana yer ver;
Söz dəyirmanına qoyma dilənçi!
Sıyrıldı misradan sənətin balı.
Damağa dad verməz sözün bu halı,
Döşünə döymədə yetən çərənçi...
Əlinin tərsiylə qapını göstər!
Yalançı şöhrətə çoxdu hərislər,
Getdikcə çoxalır sözün girinci.
Zər-zibam yoxsa da, söz zərgəriyəm!
Sanaram dünyanın bəxtəvəriyəm:
Bir şah beytin ömrüm olsa ödənci.
Dağda yornuq düşən bir mədənçiyəm...
Məlumun olsun ki, səndən inciyəm:
Qalmamış səbrimin tabı, dirənci.
Gətirdiyi dəndən dənçini tanı.
Hələ qopmayıb ki, Nuhun Tufanı,
Nə özünü danla, nə məndən inci...
Əgər yaşadığım yaşamaqdısa...
Fələklə könlümün qəmxarlığı var,
Göylərin gözündən yaşım axdısa.
Çiynimə qonmamış uçdu mələyim.
Hansı mərtəbədən, məqamdan deyim,
Təmələ hördüyüm daşım axdısa...
Sirr tutan dağların Məmməd sirdaşı.
Bir kömək ummadan dərdini daşı,
Məqsədin dağ yükü daşımaqdısa.
Çingiz Mehdipuru öncə türk sazına göstərdiyi tarixi dədəliyinə görə bəyənmişəm. Sonralar da Dədəmiz Qorquddan qalma sazımızın işığında Çingiz bütün mötəbərliyi ilə şəkillənib gözüm önündə. Bundan sonra da əl çəkməyib maraq məndən: Həryönünə, görəsən, sazmı mükəmməl, yoxsa Çingiz şəxsiyyətimi deyə, onları çox çək-çevir eləmişəm. Şükürlər olsun ki, sazı və sahibinin şəxsiyyətini bir cüt yelkənli at kimi qoşalaşıb yarışa çıxan görmüşəm; biri digərini, yaxşı ki, ötə bilməyib.
Çiyninə saz qonmuş dövlət quşutək.
Şahdağın başında bir aşiyan qur:
Çağla Şahnabatın çağlayışıtək!
Sənin dünya boyda dərdi-sərin var
Abbas quyudaymış, nə xəbərin var?
Aşıqlar səfində bəlli yerin var:
Bir köklü qayanın şah duruşutək.
Ağır yığnaqlara köksünü gərən:
Sən sevda yolçusu, sən igid ərən!
Hirsini cilovla, haqqına dirən!
Meydana çevrə çək üzük qaşıtək!
‘‘Misri’’ çal; gurlasın yer, göy, asiman!..
Ucalmaq müşkül iş; ruh varsa, asan!
Dərd ağır basanda özün daşı tək!..
İstər bahar olsun, istər olsun qış..
Təbriz göylərindən bir saz asılmış:
Həm sazın özü tək, həm nəqqaşı tək!
Bu gün türk sazının meracı sanki.
Ahənrüba olmuş saz birdən-birə,
Bu birlik Türklüyün əlacı sanki.
Dolu əvəzinə daş tökdü əbir.
Simlərdə ildırım çaxnaşdı bir-bir:
Qılınc kəsib tökdü qılıncı sanki.
Mat qalıb bu hala göydəki quş da.
Ürəklər bir yerdə, bir çırpınışda;
Sazıymış aşığın sərtacı sanki.
Hər simin bir özgə dəli nəhri var!
Məğribdən-Məşriqə sazın sehri var:
Qəlbimizdən keçir son ucu sanki.
Yarı özümüzük, sazdı yarımız.
Yerimiz-yurdumuz, saz-diyarımız!
Sazla unudulur hər acı sanki.
Çingizlə qovuşub, mötəbər olmuş!
Qaynayıb, bizimlə can-ciyər olmuş;
Saz ya qardaş bizə: ya bacı sanki.
Yenə qan fışqırır dağlar-bələnlər;
Şərqin başı üstdə fələklər inlər:
Hönkürər Çingizlə ‘‘Qaraçı’’ sanki.
Günəşi udmağa güdükdə gecə;
Getsin müsibətlər, bitsin işgəncə!
İldırımlar çaxar bahardan öncə!
Hər gülə vəsilə bir sancı sanki.
Məndən əl çəkməzdin, kim əl çəksə də.
Ayağımız altda yerlər yarılsa,
Başımız üstündə göylər çöksə də.
Sən Haqqın şairə qıydığı iksir!
Sənin qüdrətindən şeirdəki sirr!
Sən olan könüllər bir baharistan!
Sənin nəfəsindən gül-çicək əsir.
Canımın cövhəri, gözümün fəri!
Səninlə söhbətə cəlb edə bildim –
Mehtablı gecədən nazlı ülkəri.
Misralar nizamla sıralanardı.
Bir billur çeşməyə yön göstərərdin:
Misralar yuyulub durulanardı.
Sənin qanadında mən də pərvazdım;
Yüngülqədəm oldu hər nə ki, yazdım.
Sehirli hənirtin güllər açardı;
Onları çinlərdim, heç yorulmazdım.
Şeir hardan doğdu, harda qurtardı...
Sən varkən mən bunu hardan bilərdim?!
Ol! – dedin ki: şeir oldu-qurtardı...
Hər misra ki, sənin; hər bənd ki, sənin!
Madəm ki İlhamın Pərisi sənsən,
Şeir başdan-başa, əlbət ki, sənin!
Bu arzu mümkünsüz, bu dilək qədim.
Umulmaz olunca səninlə görüş:
‘‘Mələk nə mələkdi, görünsə!’’- dedim.
Nəyi aradımsa, səninlə buldum.
Boz-bulanıq yoldan əgər keçdimsə,
Sənin nəfəsini uddum, duruldum!
Şaha qismət olsan, gərək yox taca!
Yaxşı ki, bazarlıq bir şey deyilsən,
Zəmanə səni də çəkər hərraca!..
Misra şil-küt oldu, inaddan düşdü.
Üfüqə üz tutmuş bir zəvvar idim:
Yollara daş yağdı, söz atdan düşdü.
Nə yazı-pozumda zərrə dəyərim...
Özümü aldatdım – “pərim var’’ deyə,
Nə ilhamım varmış, nə ‘‘İlham Pərim’’...
Tərk etmirsən qürbətini.
Qəlbimizə qəmxar etdin
Baldan şirin həsrətini.
Göydən enmiş ayə bildik.
Qəlbimizcə öyə bildik—
Sənin örnək iffətini.
Dərd dağı sınağa çəksin!
Zülfün qəhrin cığa çəksin;
Biz də sənin xiffətini.
Dərd əhlinin dərdi məndə.
Yerlər göydən dərd əməndə,
Fəqir görmə qismətini.
Yaddı sənə, yaddı yara.
Həftəsindən yeddi yara...
Püskür birdən hiddətini.
Bəxtə qarşı üsyan elə!
Gəncliyindən sevdik hələ
O bənzərsiz xislətini.
Üzmə bizi betər Eldar.
Nə gəlmişsə, ötər, Eldar,
Yığ sonuncu taqətini.
Allah da kora elə baxar...
(Xalq inancı)
Geridə çiçəksiz bir dünya qalır.
Bəndələr obanı tərk edib gedir,
Arxada sahibsiz bir röya qalır.
Çiçək doluxsunub baxır Günəşə.
Hər yanda vurnuxur qorxu-əndişə,
Dünyanın əlacı ax-vaya qalır...
Deyəsən, pozulur bu lövhü-qələm...
Üfüqdən-üfüqə qeyb olur aləm;
Həyatçün nə toxum, nə maya qalır.
Zillətlə qovuşur axşam sabaha.
Dünyanın şəriksiz Sahibi varmış! –
Axır ki, inanır bəndə Allaha...