Peterburq polisi Azərbaycan vətəndaşı, 32 yaşlı Qaraş Zamanovu saxlayıb.
Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, Zamanov öz həmyerlisini öldürməkdə suçlu bilinir. İstintaqa verdiyi ilkin ifadədən məlum olub ki, öldürülən şəxs Qaraş Zamanovla yaxın olub. Şəhərin Rabfakski küçəsindəki kafelərin birində görüşən tərəflər arasında mübahisə başlayıb və Qaraş tapançayla həmyerlisinin başına üç dəfə atəş açıb.
Qaraş Zamanov barəsində “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi qaldırılıb.