Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb.
525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobillə qaçırıb. M. Yaqubov qaçırdığı qızı Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb və aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.
M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.