Demokratik Qüvvələrin Milli Şurası mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verib.
O bildirib ki, Milli Şura oktyabrın 12-də Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək niyyətindədir.