Azərbaycanda Səhiyyə Nazirliyinin müəssisəsi satışa çıxarılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, nazirliyin tabelyində olan Qusar stomatoloji poliklinikası hərraca çıxarılıb. Hərrac oktyabrın 7-də keçiriləcək. Poliklinikanı almaq istəyən şəxs 958 manat beh verməlidir.
Hərrac rayondakı hərrac komissiyası tərəfindən keçiriləcək.