Bu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard 346 milyon 762,8 min manat vəsait daxil olub.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,9 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 130 milyon 10,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.
Hesabat dövründə respublika üzrə 61181 vergi ödəyicisi qeydiyyata alınıb və qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 591178-ə çatıb.