|
|
|
|
Rusiya paytaxtında hərəkətdə olan gəlin kortejindən havaya atəş açan Azərbaycan vətəndaşı barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açıla bilər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hal-hazırda paytaxtın Nikulinskiy Rayon Məhkəməsində 1994-cü il təvəllüdlü azərbaycanlı Seymur Nəbizadə barəsində işə baxılır. Məhkəmənin onun barəsində həbs-qətimkan tədbiri seçəcəyi gözlənilir.