Diqqət! Məşq gedir. Sakitliyə riayət edin! Bu cür ifadələr, əmrlər həmişə qəribə təsir edir adama. Bəlkə yeni əsərin, tamaşanın, filmin “doğuluşundan” xəbər verdiyinə görə, bəlkə sadəcə, yaradıcı atmosferin detalları olduğundan, bilmirəm. Bu gün də Akademik Milli Dram Teatrının dəhlizindən keçib məşq otağına yaxınlaşdıqca divarlara vurulmuş “xəbərləri” oxuyub yığışdırıram özümü... Dikdabanlarımın səsindən tutmuş, həyəcanıma, marağıma kimi hamısını idarə etməyə çalışıram.