Qırğızıstan 2015-ci ilin yanvarın 1-dən Avrasiya İttifaqına qoşulmaq niyyətini açıqlayıb.
APA-nın BBC-ya istinadən verdiyi məlumata görə, bununla bağlı ölkə hökuməti bəyanat yayıb.
Qeyd edək ki, bu ilin mayın 29-da Astanada Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi İttifaqının yaradılması haqda saziş imzalayıblar. Saziş 2015-ci ildən qüvvəyə minəcək. Bu ölkələrin ümumu bazarı 170 mln. insanı əhatə edir.
Xatırladaq ki, bir müddət öncə Minskdə Ermənistanın Avrasiya İttifaqına qoşulması haqda müqavilə imzalanıb.