Azərbaycanda ilk dəfə rektorun müşaviri vəzifəsinə tələbə təyin olunub.
Ali məktəbdən Lent.az-a verilən məlumata görə, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyevin əmri ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin 2-ci kurs tələbəsi Elcan Məmmədov rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri təyin olunub.
BSU-nun rektorunun digər əmri ilə Ali Eren Bugay informasiya və kommunikasiya texnologiyaları və reklam üzrə 2-ci rektor müşaviri təyin edilib.
Bundan başqa universitetdə ingilis filologiyası üzrə təhsil alan Ayşad Əsgərli də müşavir təyin edilib.