"Ali məktəbi pedaqoji ixtisaslar üzrə bitirənlər üçün internatura sisteminin tətbiqi hələlik mümkün deyil".
Bunu 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, Təhsil Nazirliyi bir müddət əvvəl internatura sisteminin tətbiqi ilə bağlı təkliflərini hökumətə təqdim edib. Hazırda bu təkliflər araşdırılır:
“Dünyanın bir çox ölkələrində də bu sistem tətbiq olunur. Biz də təkliflərimizi vermişik. Ancaq onun nə zamandan tətbiq ediləcəyini deyə bilmərəm".
S.QARAYEVA