|
|
|
|
Mərhum bəstəkar Emin Sabitoğlunun 75 illik yubiley tədbirinə və yubilyara həsr edilmiş fotosərginin açılışı olacaq.
525.az-ın məlumatına görə, sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkililatçılığı ilə baş tutacaq.
Tədbir noyabrın 16-da, saat 17:00-da Azərbaycan Dövlət Film Fondunda keçiriləcək.