İranda vertolyot qəzası olub, 9 nəfər dünyasını dəyişib.
Fars Xəbər Agentliyi Hava Qüvvələrinə məxsus vertolyotun Məşhəd şəhərində xilasetmə işini həyata keçirib qayıdarkən qəzaya düşdüyünü bildirib.
Mələkabad qəsəbəsində yol qəzasında yaralanan 5 nəfəri xəstəxanaya çatdırmaq üçün gedən vertolyotun geri qayıdarkən qəzaya düşdüyü, 9 nəfərin öldüyü, bir nəfərin yaralandığı açıqlanıb.
Yaralının vəziyyətinin ağır olduğu vurğulanıb.
TRT