Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İsraildə səfərdədir.
Nazirlikdən 525.az-a verilən məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri İsrail Müdafiə Nazirliyinin baş direktorunun müavininin dəvəti ilə baş tutub.
İki gün davam edəcək səfər zamanı Azərbaycan-İsrail strateji tərəfdaşlıq maraqları, cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.