Türkiyənin Mersin şəhərində PKK tərəfdarları insanların alış-veriş zamanı marketi yandırıblar.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl baş verən, ancaq görüntülərinin yeni yayıldığı videoda üzü maskalı 5 PKK tərəfdarı içəri "molotokokteyli" atıblar. İçərisində uşaqların da olduğu alıcılar marketdə qorxu dolu anlar yaşayıblar.
Videoda iki uşağın qorxudan bir-birinə sığınması diqqət çəkir.