Filarmoniyada böyük şairimiz Hüseyn Arifin 90 illik yubileyində iştirak edirdim. Yadıma qəribə bir əhvalat düşdü...
1981-ci ildə mən filarmoniyada bir toplantıda rəyasət heyətində əyləşmişdim, Hüseyn Arif tamaşaçıların arasında idi. Məni aşağıya çağırdı, endim. Şairə çatanda o, həyəcanla dedi:
- Niyə qoymursan öldüyüm yerdə öləm.
Həyəcanlandım:
- Qağa, nə qələt eləmişəm? - dedim.
- Nə eləyəcəksən, bu gecə sabaha qədər kitabındakı şeirləri oxuyub ağlamışam.
Əlini cibinə salıb yenicə çapdan çıxmış "Ağlı-qaralı" dünya kitabımı çıxartdı, göstərdi. Sonra bir vərəq yazı verib: - Cibinə qoy, - dedi - evdə baxarsan.
Evdə baxdım, gördüm mənə şeir həsr edib.
Bu şeir Hüseyn Arifin haqqında olan kitablara düşmədiyindən şairin öz əlyazmasında "525-ci qəzet"in oxucularına təqdim edirəm.