İsrail hökuməti Qüdsdəki “Əl-Əqsa” məscidinə girişə qoyduğu qadağanı ləğv edib.
525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News Arabia” məlumat yayıb. Bundan sonra məscidə gələn dindarlar üçün yaş məhdudiyyəti tətbiq ediləcək. Belə ki, 50 yaşdan aşağı dindarların məscidə girməsi qadağan olunub.
Bundan əvvəl İsrail Qüdsdəki “Əl-Əqsa” və Kubbə əs-Səhr məscid kompleksinə girişi qadağa etmişdi. Buna səbəb İsraildə sağçı ravvin İyequdu Qlikə edilən sui-qəsdən sonra baş vermiş iğtişaşlar olub.