https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

Millidə xorvat məşqçi?

Millidə xorvat məşqçi?
Berti Foqtsun istefasından sonra boş qalan Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə Robert Prosineçki gətirilir.

Apasport.az saytının xəbərinə görə, bu iddia ilə  Xorvatiya mətbuatı çıxış edib.
 
Bildirilir ki, Fransada AFFA rəhbərliyi və xorvatiyalı məşqçi arasında görüş keçirilib. Tərəflər uzun söhbətdən sonra razılığa gələ biliblər. Anlaşmaya əsasən, Prosineçki 1 il komandamızın “sükanı arxası”nda olacaq.
 
Xəbərdə qeyd olunur ki, Prosineçki ilə noyabrın 4-də Bakıda müqavilə imzalanacaq.
 
Millimiz noyabrın 16-da AVRO-2016-nın seçmə qrup mərhələsinin Norveçlə oyununa da məhz xorvatiyalı çalışdırıcının rəhbərliyi altında çıxacaq.
 
Həmkarlarımız Prosineçkinin Azərbaycanda işlədiyi müddətdə qazancını da yazıblar: 1 ilinə 3 milyon dollar.
 
Qeyd edək ki, Prosineçki müxtəlif illərdə Xorvatiya yığmasında köməkçi məşqçi, “Srvena Zvezda” (Serbiya) və “Kayserispor” (Türkiyə) klublarında baş məşqçi vəzifəsini icra edib.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.