https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
search
28 Mart 2024

Ağdamda bayram şöləni

Ağdamda bayram şöləni

Cəbhənin ön sıralarında olan Ağdamın Quzanlı kəndində futbol şöləni keçirilib.

Adalet.az xəbər verir ki, AFFA-nın birbaşa dəstək olduğu yarışda əsas məqsəd regionlarda futbolun inkişafına stimul vermək, regionlardan olan gənclərin bu idman növünə marağının daha da artırılmasıdır. Tədbirin açılış mərasimində çıxış edən AFFA-nin vitse-prezidenti, millət vəkili Rauf Əliyev qeyd edib ki, futbolun inkişafı prioritet sahələrdən biridir. R.Əliyev qeyd edib ki, dövlət başçısı İlham Əliyevin futbolun inkişafı ilə bağlı imzaladığı sərəncam bu idman növünün daha da inkişafına böyük töhfələr verir.

R.Əliyev AFFA-nın bu istiqamətdə həyata keçirdiyi işlərdən danışıb. Qeyd edib ki, Quzanlıda "Açıq Əyləncəli Futbol Məktəbi"-nin açılışı da görülən işlərin tərkib hissəsidir.

Tədbirdə çıxış edən Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini Zülfü QasımovAğdamda futbolun inkişafı ilə bağlı görülən işlərdən danışıb. O, futbol məktəbinin açılışının bu oyuna olan marağı daha da artıracağını vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas Azərbaycanda futbolun inkişaf dövründən söz açıb. Qeyd edib ki, hələ SSRİ dövründə Azərbaycandan olan futbolçular qatıldıqları bir sıra yarışlarda yüksək nailiyyət əldə ediblər. Millət vəkili bu idman növünün inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən işləri yüksək dəyərləndirib. Bildirib ki, yeni-yeni futbol arenalarının tikilib istifadəyə verilməsi, ölkənin əsas stadionlarında aparılan yenidənqurma işləri futbola olan marağı daha da artırıb.

A. Abbas Ağdamda keçirilən futbol turniri barəsində danışıb. Qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Onun sözlərinə görə, belə turnirlərin keçirilməsi ümumilikdə Azərbaycan futbolunun inkişafına böyük zəmin yaradır.

Rəsmi açılışdan sonra komandalar arasında yarış keçirilib.

AFFA-nın vitse-prezidenti R.Əliyev Quzanlıdan olan yeniyetmə futbolçulara forma dəstləri, toplar hədiyyə edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.