https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
search
24 Aprel 2024

Cenifer Lopes türk jurnalistləri aldatdı

Cenifer Lopes türk jurnalistləri aldatdı

Türkiyədə bir neçə konsert verməyə hazırlaşan dünyaşöhrətli müğənni Cenifer Lopes türk jurnalistlərinin başına, sözün əsl mənasında, oyun açıb.

Belə ki, Cey Lonun qaldığı otelin qarşısında əsl çadır düşərgəsi quran media nümayəndələri ulduzun cangündənləri tərəfindən aldadılıb.

Yerli vaxtla saat 14:30-da otel mühafizəçiləri və cangüdənlər kadr və şəkil çəkilməməsi üçün canfəşanlıq göstərməyə başlayıblar. Bu zaman otelin önündə saxlanılan qara şüşəli VİP avtomobilə Cenifer Lopesin mindiyini zənn edən jurnalistlər həmin avtomobili izləməyə başlayıblar. VİP avtomobil kütləvi-informasiya vasitələrinə məxsus avtomobillərdən qaçmaq üçün sürətini artırıb. İstanbulun Kuruçeşme bölgəsində başlayan təqib Eminönündə Qalata körpüsü üzərində başa çatıb. Belə ki, körpünün üstündə həmin avtomobildən Cenifer Lopesin qrupundan olduğu ehtimal edilən 2 qadın düşüb və körpü üzərində şəkil çəkdirməyə başlayıb. Bunu görən jurnalistlər çaşqınlıq içində geri qayıtmağa məcbur olublar.

Jurnalistlərin başı "yalançı" Cenifer Lopesə qarışarkən, müğənninin başqa avtomobillə oteldən çıxdığı ehtimal edilir.

ANS Press

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.