|
|
|
|
Almaniyada millət vəkilinin toxunulmazlığı ləğv olunub.
Lent.az-ın milliyyet.com.tr-ə istinadən məlumatına görə, buna səbəb qadın deputat Nikol Qolkenin "İŞİD" əleyhinə keçirilən aksiyada terror təşkilatı PKK-nın bayrağını qaldırması olub.
Millət vəkilinin toxunulmazlığının ləğv olunmasından sonra Münhen prokurorluğunun onun barəsində məhkəmə iddiası qaldıracağı gözlənilir.
Qeyd edək ki, Qolke oktyabrın 18-də "İŞİD"-in Kobaniyə hücumuna qarşı keçirilən aksiyada PKK bayrağı qaldırıb. Sonra çıxış edən millət vəkili PKK-nın azadlıq, insan hüquqları və demokratiya üçün mübarizə apardığını deyib.
Onu da qeyd edək ki, Almaniya PKK-nı yasaqlanmış təşkilat kimi tanıyıb.