|
|
|
|
Bu günədək Azərbaycanın 118 seçki dairəsində yerləşən 1607 bələdiyyənin 1546-dan 21 764 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb.
Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədlinin APA-ya verdiyi məlumata görə, namizədliklə bağlı müraciət edənlərin 15 369 nəfəri kişi, 6 395 nəfəri qadındır.
İndiyədək 17 463 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 5 837 imza vərəqi geri namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. Namizədliyini irəli sürənlərdən 17 601 nəfər ali, 1 862 nəfər orta ixtisas, qalan qisim orta təhsillidir. Bu günə qədər 1 724 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb.