“525-ci qəzet”in bu günkü-şənbə buraxılışında oxuya bilərsiniz:
- Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin Atatürk və Əhməd Ağaoğlunun münasibətləri haqqında yazdığı “Şair, hökmdarın hüzurundasan” yazısı;
- Professor Mübariz Allahverdiyevin akademik Əhliman Əmiraslanovun 65 illiyinə həsr etdiyi “Görkəmli alim və ictimai xadim” məqaləsi;
- Almaniyadan yazan publisist Orxan Arasın “Sən bir çiçək olsan, mən bir yaz olsam” yazısı;
- Ankaradan İlhamə Qasımlının “525-doğma ünvan” yazısı;
- Telman Orucovun şəxsiyyət anlayışından haqqında yazdığı “Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur” silsilə yazılarının davamı;
- Yazıçı Elçin Əfəndiyevin tərcüməçi məsuliyyəti və istedadını anlatan “Bir qartal da havalanıb zirvə qaşından...” essesi;
- Publisist Tofiq Abdinin “Oralarda kimlər var” silsilə yazılarının davamı olaraq şair Cavad Zeynal haqqında yazısı:
- Pərvinin teatr rejissoru, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti Azər Paşa Nemət ilə müsahibəsi;
- Vaqif Bayatlıdan “bəy atlı şeirlər”;
- Qulu Məhərrəmlinin şair, yazıçı-publisist Qənbər Şəmşiroğlu haqqında “Ömrün bəyaz çalarları” yazısı;
- Cahangir Məmmədlinin “Payız gülləri, yaxud bütün sevgilərin bitdiyi yerdə” essesi;
- Gənc yazıçı Cavid Zeynallının “Leyla” romanından bir parça;
- Və s.
Qeyd edək ki, qəzetin bu günkü sayını şəhərin qəzet köşklərindən əldə edə bilərsiniz. Şənbə gününün yazıları növbəti günlərdə 525.az-da yerləşdiriləcək.