|
|
|
|
Şabranda yaşayış evində partlayış baş verib, xəsarət alanlar var.
525.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli ikiotaqlı evin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə mətbəxdə əşyalar 9 kv.m sahədə yanıb, evin əsas divarları, arakəsmə divarları və dam örtüyü uçub, ev sahibi və iki övladı müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanlar xəstəxanaya aparılıb. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.