Bu gün kütləvi informasiya vasitələrinin elektron poçt ünvanlarına Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin vəzifədən azad olunması barədə məlumatlar daxil olub.
Lent.az-a daxil olan məlumatda bildirilir ki, Sumqayıt vəhhabiləri barədə “yanlış məlumat” verdiyinə görə O.Mansurzadə işdən çıxarılıb.
Lent.az məsələ ilə bağlı O.Mansurzadə ilə əlaqə saxlayıb. Xidməti telefonuna cavab verən polis polkovnik-leytenantı bildirdi ki, vəzifəsinin icrasını davam etdirir və yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qeyd edək ki, dünən Orxan Mansurzadə mətbuata Sumqayıtda yaşayan vəhhabi təriqətinin üzvü barəsində sensasion açıqlama vermişdi.