Türkiyənin Hacıtəpə Universitetində təşkil olunan konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fidan Hacıyevanın, tələbə solistlərin və Xəzər Universitetinin oğlanlar və qızlardan ibarət rəqs qrupunun ifaları hərarətli alqışlarla qarşılanıb.
Konsert sözügedən universitetlər arasında imzalanmış mədəni əməkdaşlıq əlaqələrinə dair anlaşma memorandumu əsasında həyata keçirilən proqrama uyğun təşkil olunub.
Konsertdə hər iki universitetin rəhbərliyi, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət adamları iştirak ediblər.