|
|
|
|
Pakıstanın Kəraçı şəhəri yaxınlığında ölkənin Hərbi-Hava qüvvələrinə məxsus qırıcı qəzaya uğrayıb.
APA-nın Associated Press-ə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində təyyarənin pilotu ölüb.
Pakistan MN-nin rəsmi nümayəndəsinin açıqlamasına əsasən, təyyarə gecə vaxtı xüsusi sınaq təlimlərində iştirak edirmiş. Təyyarənin düşməsi nəticəsində zərərçəkən olmayıb. Hadisə yerində araşdırma aparılır. Qəzanın səbəbləri müəyyənləşdirilir.