Ötən gecə Gürcüstan paytaxtı və ölkənin şərq hissəsi işıqsız qalıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tiflis elektrik paylayıcı şirkəti “Telasi”dən bildiriblər ki, iri stansiyaların birində qəza baş verib. Bir müddət sonra Tiflisə elektrik enerjisinin verilməsi bərpa olunub.