İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçi Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, görüşdə polis idarə və şöbələrinin müvəqqəti saxlanma yerlərinin şəraiti müzakirə olunub:
“Saxlanılan şəxslərin saxlanma şəraiti, saxlanma yerlərinin vəziyyəti, bizim komitə tərəfindən aparılan monitorinqlərlə bağlı söhbətimiz oldu. Nazir bildirdi ki, bütün şikayətlər araşdırılır və tədbir görülür”.