Noyabrın 22-də İspaniya Senatında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə dair dinləmələr keçiriləcək.
525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dinləmələr Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə baş tutacaq.
Dinləmələrdə baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.