|
|
|
|
Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Vəkil Anar Qasımlının APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, bu il oktyabrın 9-da Mövsüm Səmədovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən Qobustanda yerləşən həbsxanaya köçürülməsi ilə bağı məhkəmə prosesi keçirilib. Məhkəmə M. Səmədovun cəzasının 2 ilini Qobustan həbsxanasında çəkməsinə qərar verib.
Mövsüm Səmədov 2011-ci il yanvar ayının 7-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövsüm Səmədov 12 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq)və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinir.