Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinə müdir təyin olunub.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev “APA-Economics”ə bildirib ki, nazir Heydər Əsədovun imzaladığı əmrə əsasən, bu vəzifəyə İmran Cümşüdov təyin edilib.
Xatırladaq ki, cari ilin martın 17-də müvafiq əmrə əsasən adıçəkilən şöbənin müdiri Sabir Vəliyev ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.