Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azərspace” üzərindən yayımlanan televiziya və radio kanallarının sayı artmaqdadır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 525.az-a verilən məlumata görə, hazırda peyk üzərindən ümumilikdə 130 kanal yayımlanır.
Sözügedən kanalların 117 –si televiziya, 13-ü isə radiodur. Qeyd edək ki, “Azərspace” üzərindən 8 dildə televiziya və radio kanalları yayımlanır.
Bu dillərə Azərbaycan (12 kanal), gürcü (35 kanal), rus (43 kanal) , türk (11 kanal), ukrayna (6 kanal), fars (1 kanal), əfqan (2 kanal), ingilis (4) dilləri daxildir.