Prezident İlham Əliyev Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın məlumatına görə, sərəncamda Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılması bildirilir
Maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.