Azərbaycan prezidenti İlham Əliyev albaniyalı həmkarı Buyar Nişanini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
525.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, Albaniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycanla Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və rifah arzulayıram”.