“Azərbaycanda 2 milyon ailə var, ildə 90 minə qədər cütlük nikaha daxil olur”.
APA-nın məlumata görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
H. Rəcəbli təəssüflə bildirib ki, il ərzində 165 min doğuşun 25 mini nikahdan kənar ailələrin uşaqları olur:
“Bu, ciddi rəqəmdir. Nikaha girənlərin isə 11 faizi boşanır. Bütün bunlar ciddi məsələlərdir və bizi düşündürməlidir”.