“Dövlət idarələrində, bəzi nazirliklərdə işçilərin istirahət hüququ pozulur”.
Bunu millət vəkili Çingiz Qənizadə parlamentdə Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirələrində deyib:
“Bu məsələdə güc strukturlarını başa düşmək olar. Çünki orada iş rejimi elədir ki, onlar istənilən vaxt iş başında olmalıdırlar. Amma digər nazirliklərdə işçilərin istirahət hüququ mütləq nəzərə alınmalıdır. Əgər idarə rəisi işdədirsə, gərək onun işçisi də gecə saat ona qədər işdən olsun. Bu heç cür düzgün deyil. Eyni zamanda sahibkarlar, iş adamları da öz işçilərinin istirahət hüququnu təmin etməlidir. Məsələn, mənim evimin altındakı mağazada qadın işçilər səhər saat 9-dan 10- a kimi işləyirlər. Onların heç bir istirahəti yoxdur”.