Siyavuş Novruzov Əli Kərimli və İsa Qəmbəri bələdiyyə seçkilərində şanslarını yoxlamağa çağırdı
“İsa Qəmbər, Əli Kərimli və digərləri nahaq yerə zəhmət çəkib vahid namizəd olmağa tələsməsinlər”. Bunu jurnalistlərə millət vəkili Siyavuş Novruzov deyib:
“Onsuz da onlardan kiminsə vahid namizəd olub-olmaması bizi narahat etmir. Çünki onlar bütün seçkilərdə uduzublar, özü də biabırçı şəkildə məğlub olublar. Cəmiyyət arasında nüfuzları yoxdur. Vahid namizəd məsələsi bir şoudur. Yaxşı olar ki, onlar prezident seçkilərində yox, özlərini bələdiyyə seçkilərində yoxlasınlar. Bəlkə onda şansları gətirər”. Kamil Həmzəoğlu