Azərbaycan Milli Məclisinin bir qrup deputatı Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvətilə bugün Londona rəsmi səfərə gedir.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Fuad Muradov bildirib. Səfər çərçivəsində deputatlar Nümayəndələr və Lordlar Palatasının üzvləri, eləcə də Enerji komitəsinin üzvləri ilə görüşəcək.